UEFA sosial şəbəkələri 3 günlük boykot edir -SƏBƏB
UEFA sosial şəbəkələrin boykotuna qoşulub.
Uluyol.info "Apasport.az"a istinadən xəbər verir ki, aprelin 30-dan mayın 3-dək qurumun sosial şəbəkə səhifələrində paylaşım edilməyəcək.
Bununla da UEFA irqçilik və ayrı-seçkiliyə etiraz əlaməti olaraq analoji addım atan İngiltərə klublarına dəstək nümayiş etdirib.
Qeyd edək ki, klublar feysbuk, tvitter və instaqramın irqçilik və ayrı-seçkiliyə qarşı mübarizə aparmamasından narazılığını bu yolla göstərməyə qərar verib.