Musiqili Teatrda "Əliqulu evlənir” tamaşası hazırlanır

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında müxtəlif rejissorların quruluşunda yeni-yeni səhnə əsərlərinin məşqləri uğurla davam etdirilir.
Onlardan biri də "Şöhrət” ordenli Xalq artisti İlham Namiq Kamalın librettosu və quruluşunda hazırlanan "Əliqulu evlənir” (Oqtay Rəcəbov, Sabit Rəhman) komediyasıdır.
Tamaşanın məşqində Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev iştirak edib, yaradıcı heyətlə fikir mübadiləsi aparıb, bəzi tövsiyələrini verib.
Musiqili Teatrının səhnəsində yazıçı-dramaturq Sabit Rəhmanın "Hicran” komediyasından sonra onun ikinci bir əsərinin səhnəyə qoyulmasının böyük məsuliyyət olduğunu vurğulayan Xalq artisti yaradılan şəraitə görə teatr rəhbərliyinə minnətdarlığını bildirib.
Dövrümüzlə səsləşən tamaşanın bəstəkarı Əməkdar incəsənət xadimi Oqtay Rəcəbov, musiqi mətnlərinin müəllifi isə Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğludur.
Səhnə əsərinin quruluşçu dirijoru Əməkdar İncəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysteri
Əməkdar artist Emin Əliyev, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, geyim üzrə rəssamı Nübar Hüseynova, konsertmeysteri Fidan Əliyeva, rejissor
assistenti Əməkdar artist İqrar Salamovdur.
Rol bölgüsünə əsasən tamaşada İlham Namiq Kamalla yanaşı, Əməkdar artistlər Nahidə Orucova, İqrar Salamov, Prezident mükafatçısı Səmədzadə Xasiyev, aktyorlar Ülviyyə Əliyeva, Rəsmiyyə Nurməmmədova, Gültac Əlili, Aydan Həsənova, Əliməmməd Novruzov, Şaban Cəfərov, Eleonora Abbasova, Gülnarə Əzizova, Ruslan Mürsəlov, Elçin İmanov, Mehriban Rəcəbova, Nərmin Əliyeva, Böyükxanım Məmmədova, Nəzrin İsmayılzadə, Əlizamin Abbasov iştirak edəcəklər.
Teatrın əksər tamaşalarında olduğu kimi, bu tamaşada da xor və balet artistləri səhnəyə çıxacaqlar.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300