Futbol millimizin baş məşqçisi postuna əsas namizədin adı bəlli oldu

 

AFFA-nın milli komandanın baş məşqçisi üçün əsas namizədi bəlli olub.

Federasiya rəhbərliyi rusiyalı mütəxəssis Kurban Berdıyevi millinin sükanı arxasına gətirmək istəyir.

Hazırda Berdıyev millinin baş məşqçisi postuna əsas namizəd sayılır.

Əslən Türkmənistandan olan Kurban Berdıyevlə artıq ilkin danışıqlar olub. 2024-cü ilin yanvarında isə onunla əsas danışıqlara başlanacaq.

Qeyd edək ki, Berdıyev hazırda Rusiya çempionatının birinci divizionunda yarışan Mahaçqala "Dinamo”sunun baş məşqçisidir. Daha çox Kazan "Rubin”indəki işi ilə tanınan təcrübəli mütəxəssis Qazaxıstanın "Kayrat”, Təbrizin "Traktor” klublarında, o cümlədən Türkmənistan millisində də çalışıb.//Bizim.media

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300