Главная > İdman > UEFA sosial şəbəkələri 3 günlük boykot edir - SƏBƏB

UEFA sosial şəbəkələri 3 günlük boykot edir - SƏBƏB


29-04-2021, 17:30.

              UEFA sosial şəbəkələri 3 günlük boykot edir -SƏBƏB

 

UEFA sosial şəbəkələrin boykotuna qoşulub.

Uluyol.info "Apasport.az"a istinadən xəbər verir ki, aprelin 30-dan mayın 3-dək qurumun sosial şəbəkə səhifələrində paylaşım edilməyəcək.

Bununla da UEFA irqçilik və ayrı-seçkiliyə etiraz əlaməti olaraq analoji addım atan İngiltərə klublarına dəstək nümayiş etdirib.

Qeyd edək ki, klublar feysbuk, tvitter və instaqramın irqçilik və ayrı-seçkiliyə qarşı mübarizə aparmamasından narazılığını bu yolla göstərməyə qərar verib.

 


Вернуться назад