Silahlanan Ermənistana Rusiyanın GİZLİ DƏSTƏYİ

 

"Ermənistanın silahlanmasında, hətta Hindistandan silah almasının arxasında Rusiyanın dayandığı istisna edilmir”.

Bu fikiri Ermənistanın silahlanmağa davam etməsini və bunun regiona mümkün təsirini dəyərləndirən ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında səsləndirib.

Onun sözlərinə görə, Ermənistanın silahlanmaya son qoymaması regionda gərginliyi artıracaq:

"Ermənistanın hava məkanının qorunma nisbəti yalnız 30 faiz civarındadır. Göründüyü kimi, onlar müdafiə xarakterli silahlarla bərabər, ballistik raketlər də alırlar. Bu isə regionda gərginliyi artıran ciddi amildir. Azərbaycanla Ermənistan arasında hələ ki delmitasiya və demorkasiya üzrə anlaşma əldə olunmayıb, sərhədlər qarşılıqlı şəkildə tanınmayıb.

Ermənistan 29,743 min kvadrat kilometr ərazisinin tanınmasını istəyir. Rəsmi Bakı isə Ermənistanın ərazi bütövlüyünü tanısa da, bu tanımanın hansı hüdudları əhatə etdiyini demir. Azərbaycan Qazaxın 7 kəndi, Kərki anklavı və digər ərazilərlə bağlı məsələnin danışıqlar yolu ilə həll olunmasını istəyir. Sovet ensklopediysına baxdıqda, Ermənistanın ərazisi 28 min kvadrat kilometr göstərilib. Belə görünür ki, 1800 kvadrat kilometr ərazi ermənilərin öz uydurmasıdır.

Ermənistan başa düşür ki, ərazi məsələsi İlham Əliyevin qırmızı xəttidir və onlara bir metr də əlavə torpaq verilməyəcək. Ermənistanın hücum silahları alması, digər tərəfdən isə Paşinyanın Putinlə görüşə getməsi çox qəribə haldır. Hiss olunur ki, Rusiya ilə Ermənistanın münasibətləri fərqlidir və onlardan hər şey gözləmək olar.

Bu yandan da ləğv edilmiş qondarma rejimin "rəhbəri” Şahramanyan açıqlama verib ki, Azərbaycanla heç bir razılığa imza atmayıb. Ermənistan tərəfi, ola bilsin, həm də Rusiya gərginliyi artırmaq istəyir. Ermənistan Hindistan, Fransa və Yunanıstandan silah almaq üçün danışıqlar aparır. Bu onu göstərir ki, Ermənistanda hətta hakimiyyətdə olan qüvvə də müharibə tərəfdarıdır. Müharibə ilə nəyəsə nail olmaq istəyirlər.

Hətta sülh müqaviləsi imzalansa belə, müharibə təhlükəsi qalacaq. Azərbaycan bütün hallarda hava hücumundan müdafiə sistemlərini gücləndirməlidir. Alternativ silahlar əldə etməliyik. Ermənistan Roma Statutunu imzalayıb. Yəni Putin Ermənistana gələrsə, həbs edilə bilər. Ancaq Rusiyaya gələn Paşinyanı Putin qucaqlayıb qarşılayır, ona isti münasibət göstərir. Ermənistanın silahlanmasında, hətta Hindistandan silah almasının arxasında Rusiyanın dayandığı istisna edilmir”.

Səxavət Məmməd

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300