Ermənistan Kərki və Qazaxın 7 kəndindən bu gecə çıxmasa...

 

Necə deyərlər, əcəb işə düşmüşük.Bu qədər həyasız adamlarla bundan sonrakı qonşuluğu, yaxud birgəyaşayışı heç cür təsəvvür edə bilmirəm. İş-güclərini buraxıb Azərbaycanın işğal altındakı kəndlərini müzakirə edirlər, ağılları başlarını gəlməyib, bu, şübhəsizdir.

"Ermənistan” blokunun deputatı Kristina Vardanyan deyib ki, "Tavuşun kəndlərini Azərbaycana təhvil vermək İrəvan-Tiflis yolunun itirilməsinə gətirib çıxaracaq”. Həyasızlığın miqyasına diqqət edin, Azərbaycanın Qazax rayonunun 7 kəndini 35 ilə yaxındır işğalda saxlayasan, sonra da adını "Tavuş kəndləri” qoyasan və geri qaytarmamaqdan ötrü min cür yalan, bəhanə uydurasan. Bunların hələ "yumurtadan yeni çıxan” axçisi belə hikkəli, üzlüdür, gör üzü üzlər görmüşlərdə nə mundar sifərlər var.

fad87d4e81c5e984a748ea1cd1cb2567.jpg (29 KB)

 

Azərbaycanın kəndlərini 90-cı illərdə işğal edən, əhalisini soyqırıma məruz qoyan, tarixi abidələrini, mədəni irsini darmadağın edən Ermənistan cinayətlərini ört-basdır etməkdən ötrü bəhanələr uydurur. Tiflis yolu Azərbaycanın nəzarətinə düşəcək? Düşsün! Adam olsaydınız, indi buna görə həyəcanlanmazdınız. Digər tərəfdən, əgər sülh müqaviləsi imzalanacaqsa, kommunikasiyaların açılması istiqamətində addım atılacaqsa – təbii ki, Ermənistan tərəfindən – o halda niyə narahat olursunuz? Azərbaycan hələ 2020-ci ilin 10 noyabr bəyannaməsinin imzalanmasından sonra 9-cu bəndin icrasını gözləyir. Amma Ermənistan Naxçıvana yolumuzu – Zəngəzur dəhlizini açmır ki, açmır. Əgər Zəngəzur dəhlizini özləri açacaqlarsa, necə deyərlər, əl-ayağımız dəymədən, o halda İrəvan-Tiflis yolundan da təhlükəsizlik şəraitində istifadə edəcəklərinə əmin olsunlar. Eyni zamanda Kərki kəndinin azad olunmasından sonra İrana da bu ərazidən keçib gedə bilərlər. Yox, əgər yenə də əsgərlərimizə əziyyət verməli olacaqlarsa, onda daha özlərindən küssünlər! Qafan-Gorus yolunun Qubadlı ərazindən keçən hissəsinə nəzarətimizi təmin edəndə də haylar şivən qoparmışdılar, hətta İranı da qoşmuşdular özlərinə. Amma nə oldu? Azərbaycan gömrük postunu qoydu, beynəlxalq qanunlara əsasən, keçid təmin olunur, ötən illərdə bir nəfərin burnu qanamayıb, bir TIR-ın şini partlamayıb. İndi erməni axçi deputat niyə çatlamaya düşüb? Sadəcə, şivən salmaq peşələridir. Deyir Ermənistana gələn qaz kəməri Əskiparadan keçir. Keçsin. Cəhənnəmə ki...Sizin kəməriniz keçir deyə, kəndi pay verməliyik?

Yaxud "Hraparak” qəzeti yazır ki, ötən həftə parlamentdə Nikol Paşinyan deputatlarla görüşündə ilk növbədə Azərbaycanın təslim olmağı tələb etdiyi "Tavuşun dörd kəndindən danışıb”. Yenə də "Tavuşun 4 kəndi...” Hesab-kitabla "birləşdiriblər”. Necə ki, vaxtilə keçmiş "Dağlıq Qarabağ”ı da birləşdirmişdilər. Hətta Paşinyan vaxtilə deyirdi ki, ətraf 7 rayon Ermənistana birləşdirilib. Azərbaycan necə azad etdi həmin torpaqları? 7 rayonu ildırımsürətli əməliyyatla azad edən ordu əmin olsunlar ki, 7+1 kəndi də bir neçə saata azad edə bilər. Özü də o halda ordumuz təkcə bu kəndlərlə kifayətlənməyə bilməz. Səbəbi? Çünki Kəndlərin 4-ü Azərbaycanla bitişikdirsə, qalan 3+1 kənd anklav olduğu üçün o ərazilərə gediş-gəliş imkanları da nəzərdən keçirilə bilər. Yəni o halda Ermənistan daha çox uduzacaq, Azərbaycan özünün tarixi ərazilərinin bir qismini də azad etmək məcburiyyəti qarşısında qalacaq, bu amili nəzərə alsınlar!

 pasinyan.jpg (284 KB)

 

Erməni mediası yazır ki, 4 kəndlə bağlı məsələ baerədə Münhendə müzakirə aparılıb. Söhbət Azərbaycan Prezidenti ilə Paşinyan arasında keçirilən görüşdən gedir. Cənab İlham Əliyevin bu məsələ barədə mövqeyi aydın və qətidir:Sitat: "O ki qaldı işğal altında olan kəndlərə, bizim təklifimiz də hesab edirəm ki, çox məntiqlidir. Orada (Qazaxın kəndləri –E.P.) bildiyiniz kimi, anklav və qeyri-anklav kəndlər var. O kəndlər ki, anklav deyil, 4 kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır.O kəndlər ki, anklavdır, Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir, bununla bağlı ayrıca ekspert qrupu yaradılmalıdır və bu, müzakirə edilməlidir”.

Prezident İlham Əliyev hələ yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bunu deyib. Bildirib ki, bütün anklavlar qaytarılmalıdır, bu anklavlara gedən yollara şərait yaradılmalıdır və bu anklavlara oranın sakinləri yerləşdirilməlidir:

1b6f3ee74c70dd5cd522f2361c7734a2.jpg (157 KB)

 

"Yəni bizim mövqeyimiz bundan ibarətdir. Ermənistanın mövqeyi nədən ibarətdir, biz bunu başa düşə bilmirik”. Ermənilərin bir çoxu yaxşı bilir, İlham Əliyev dedisə, məsələ bitmiş sayılmalıdır, əksi mümkün deyil. Belə olduğu halda niyə vaxtı uzadırlar, "nala-mıxa” vururlar?

Ermənilər özləri də yazırlar ki, Tavuş qubernatoru Hayk Qalumyan onların rayonunda azərbaycanlı kəndlərin olduğunu etiraf edib, üstəlik, bir müddət əvvəl Azərbaycan heyəti bu ərazini ölçüb-biçib, deyirlər. Onu da vurğulayırlar ki, hökumətyönlü mənbələr azı 4 kəndin - Bağanis Ayrım, Yuxarı Əskipara, Xeyrimli və Qızıl Hacılının coğrafi mövqeyi onların geri qaytarılması baxımından Ermənistan üçün problem yaratmır. Erməni mediası bir "qeyd”ini də əlavə edib: "Əliyev əvvəlcə problemsiz ərazilər tələb edir, sonra cəmiyyət qalanların təslim olmasına öyrəşəcək”. Daha sonra "Yəni, Paşinyan mərhələli təslim proqramı həyata keçirir, vaxtaşırı ictimaiyyəti müharibə ilə qorxudur”, - Qraparak qeyd edir. Yəni bütün bunları bilirsinizsə, daha niyə uzadırsınız, gərək Dəmir Yumruq, ya qapaz gəlsin?!

Məlumata görə, baş nazir Nikol Paşinyanın, Nazirlər Şurasının katibi Armen Qriqoryanın və xarici işlər naziri Ararat Mirzoyanın iştirakı ilə Milli Assambleyada "Mülki müqavilə” partiyasının parlament fraksiyasının üzvləri ilə qapalı iclas keçirilib. Güman olunur ki, anklavlar məsələsi müzakirə olunub. Həmçinin Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti arasında Ermənistan-Azərbaycan şərti sərhədində baş tutan sərhədin demarkasiyası məsələləri müzakirə olunub. "Mənbənin sözlərinə görə, görüşdə azərbaycanlılar Tavuşda sərhəd boyunca yerləşən qondarma anklavların verilməsi ilə bağlı imperativ tələb irəli sürüblər”-erməni mediası iddia edir. Bəs, nəyi və kimi gözləyirlər, Makronumu?!

Kəsəsi, Azərbaycan çox səbr etdi. Yuxarıda sadalanan ərazilər, həmçinin Sofulu, Barxudarlı, Bağanis Ayrım və Kərki dərhal, özü də qeyd-şərtsiz geri qaytarılmalıdır! Hələ yaylaq, qışlar, əkin sahəsi, meşə zolağı adı ilə vaxtaşırı Ermənistana pay verilmiş ərazilərimiz də! Ermənilər Leninin məşhur sitatını unutmasınlar: "Bu gün tezdir, sabah gec ola bilər!”Yəni elə bu gecə...Çıxmasa, türk qardaşlarımız demişkən, "ansızın, gələ bilərik!”

Bu günlərdə Ermənistan "Zvartnots” hava limanındakı rus sərhədçilərin çıxarılmasını tələb edir. Öz işləridir. 1992-ci ildən Ermənistan üçün "xilaskar” rolunu oynayanlar niyə indi yada düşdü, bu, ayrı mövzudur. Əvvəlcə Azərbaycanın 8 kəndindən özləri çıxsınlar, sonra rus hərbçiləri ilə haqq-hesab çürütsünlər!

 

 
ELŞAD PAŞASOY
 
/musavat.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300