Rəisidən XƏBƏRDARLIQ: Ordu hazırdır! - İran nə edəcək?

 

İran prezidenti İbrahim Rəisi Fars körfəzindəki Hörmüzqan vilayətində xalq qarşısında çıxış edib.

Rəisi ABŞ-ın İrana qarşı artan təhdidlərinə cavab verib.

"Biz müharibəyə başlayan tərəf olmayacağıq, lakin hər hansı bir güc İrana sataşmağa cəhd edərsə, biz ən güclü şəkildə cavab verəcəyikvə onlar peşman olacaqlar”.

O, İrana qarşı "təhdid" dilinin nəticə verməyəcəyini vurğulayıb:

"Keçmişdə nə vaxt İrandan danışsalar, təhdid dolu sözlər işlədirdilər və "hərbi variantlar masadadır" deyirdilər. Artıq bu sözləri eşitmirik. Onlar isə "Biz İranla müharibə istəmirik” deyirlər”.

Rəisi İran silahlı qüvvələrinin cavab verməyə hazır olduğunu, həmçininlazımi güc və texnikaya sahib olduğunu bildirib.

Yanvarın 28-də İordaniyada, Suriya sərhədi yaxınlığında yerləşən Tower 22 adlı bazaya pilotsuz təyyarə hücumu həyata keçirilib və ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) 3 ABŞ əsgərinin öldüyünü, 25 ABŞ əsgərinin yaralandığını açıqlayıb. ABŞ prezidenti Co Bayden hücumun İranın dəstəklədiyi radikal silahlı qruplar tərəfindən həyata keçirildiyini bildirib. Tehran administrasiyası onun hücumla əlaqəsi olduğu iddialarını rədd edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300