Müxalifət M.Ə.Rəsulzadənin abidəsi önünə yürüş-mitinq keçirdi – Video

 

Çərşənbə günü müxalif Müsavat və Xalq Cəbhəsi partiyaları Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, siyasi və ictimai xadim Məmməd Əmin Rəsulzadənin 140 illik yubileyi münasibətilə onun Novxanı qəsəbəsindəki abidəsinə yürüş keçiriblər.

Mitinqdə çıxış edən Müsavat başqanı Arif Hacılı qeyd edib ki, Rəsulzadə Novxanıda dünyaya gəlib və 17 yaşına qədər orada yaşayıb, Azərbaycanın azadlığı və müstəqil dövlətçiliyi uğrunda mübarizəyə başlayıb.

1993-cü ilin əvvəllərindən başlayaraq ölkədə demokratik qüvvələrə qarşı başlayan düşmənçilik kampaniyasına baxmayaraq, Rəsulzadə ideyaları və onun qarşıya qoyduğu məqsəd – Azərbaycanda demokratik dövlət qurulması məqsədi aktual olaraq qalır.

Xalq dövləti, demokratik dövlət qurulması vəzifəsi hələ də yerinə yetirilməyib, deyə Hacılı qeyd edib.

Müsavat Partiyasının əvvəlki sədri, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər öz çıxışında dünyada Rəsulzadənin siyasi irsinə böyük maraq olduğunu vurğulayıb. Hazırkı hakimiyyətin bu siyasi xadimin xidmətlərinə məhəl qoymamasına və onları təhrif etməsinə baxmayaraq, bu maraq davam edir, deyə o bildirib.

Xalq Cəbhəsi Partiyası da buna bənzər yürüş keçirib. Partiyanın lideri Əli Kərimli öz çıxışında bildirib ki, bu gün Rəsulzadənin xatirəsini ləkələməyə çalışan "İmperiya qüvvələri” var.

Ölkədə monarxiya rejimi qurmaq istəyənlər müstəqil Azərbaycanın banisinin məhz Rəsulzadə olduğunu qəbul edə bilmirlər. Məhz buna görə əvvəlki və hazırkı hakimiyyət bu şəxsin xidmətlərini və nüfuzunu, siyasi irsini kiçiltməyə çalışır, deyə Kərimli qeyd edib.

Demokratiya və Rifah Partiyasının üzvləri də Rəsulzadənin abidəsi önündə aksiya keçiriblər. Müxalifətin yürüşlərində və mitinqində yüzlərlə insan iştirak edib. Polis aksiyanın keçirilməsinə müdaxilə etməyib.

 

 
ULUYOL

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300