Müsavat seçkidə iştirakdan imtina etdi

 

Dekabrın 15-də Müsavat Partiyası Divanının iclası keçirilib.

Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublunun uydurma ittihamlarla həbsi ilə bağlı məsələ müzakirə olunub. Bu həbs Müsavat Partiyasına və bütövlükdə müxalifətə təzyiq etmək, cəmiyyətdə xof yaratmaq məqsədilə atılan repressiv addım kimi dəyərləndirilib. Tofiq Yaqublunun azadlığa buraxılması tələbilə partiyanın bəyanatı qəbul edilib.

Azərbaycanda son həftələr ərzində 10-dan artıq jurnalistin, o cümlədən "Turan” agentliyinin əməkdaşı Hafiz Babalının həbsi ölkədə söz və media azadlığına qarşı basqıların davamı kimi qiymətləndirilərək pislənilib. Bütün siyasi məhbusların və sifarişlə həbs edilən jurnalistlərin azadlığa buraxılması tələb edilib.

İclasda fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkiləri müzakirə olunub. Qeyd edilib ki, bir qayda olaraq seçkilərdə iştirak edən Müsavat Partiyası Azərbaycan hakimiyyətini seçkiqabağı demokratik mühit yaratmağa, bütün siyasi məhbusları azad etməyə, sərbəst toplaşma, söz və ifadə azadlığınını təmin etməyə, seçki komissiyalarında iddiaçı tərəflərin təmsilçiliyinin təmin etməyə çağırsa da, bu çağırışlar cavabsız qalıb. Əksinə, növbədənkənar seçkilər təyin olunduqdan sonra ölkədə repressiyalar davam edib.

Hakimiyyət heç bir ictimai müzakirə aparılmadan qəfil seçki qərarı verməklə, siyasi müxalifətin və ölkədə dəyişiklik istəyən təbəqələrin seçkiyə hazırlaşmaq imkanını minimuma endirib. Seçki kampaniyasının qəfil elan olunması ilə seytnot vəziyyətinin yaradılması bu seçkini formal bir prosedura çevirmək istəyən hakimiyyətin maraqlarına uyğundur.

Müsavat Partiyası bütün bunları, eləcə də Müsavat Partiyası strukturlarında aparılan müzakirələrin və ictimai sorğuların nəticələrini nəzərə alaraq, fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkilərində iştirak etməmək haqqında qərar qəbul edib.

Basta

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300