Belqorod atəşə tutulub, ölən və yaralananlar var

 

Rusiyanın Belqorod vilayətinin atəşə tutulması nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb.

Bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov teleqramda açıqlayıb.

"Təəssüf ki, ölən var. Şəhərin atəşə tutulduğu vaxt həmin şəxs duracaqda olub. O, aldığı yaralardan təcili yardım gələnə kimi yerindəcə keçinib. 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, – o qeyd edib.

Daha öncə səhər qubernator regionun atəşə tutulması sonucunda 16 yaşlı yeniyetmənin öldüyünü bildirmişdi.

Xatırladaq ki, martın 17-də Ukrayna Silahlı Qüvvələrinə tabe "Rusiyanın azadlığı” legionu Rusiyanın Belqorod vilayətinin Qorkovski qəsəbəsini ələ keçirdiyini bəyan edib.

Daha öncə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andriy Yusov Rusiyanın Belqorod və Kursk vilayətlərinin "aktiv döyüş əməliyyatları zonasına” çevrildiyini açıqlayıb.//Report

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300