Abzas Media-nı xaricdən yeni komanda idarə edəcək

 

AbzasMedia internet nəşrinin rəhbərliyinin və jurnalistlərinin həbsi ilə əlaqədar bu KİV-in işini Avropada yeni jurnalistlər komandası davam etdirəcək.

"Son 3 ayda Abzas Media rəhbərliyi və bütün redaksiya heyəti "qaçaqmalçılıq” ittihamı ilə həbs edilib. Bizimlə əməkdaşlıq edənlər təzyiqlərə, bank hesablarının dondurulmasına və ölkədən çıxış qadağalarına məruz qalıblar”, deyə Abzas Media-nın Facebook-dakı səhifəsində yer alan bəyanatda deyilir.

"Bu həbs və təzyiqlərin siyasi motivli olduğunu və apardığımız korrupsiya araşdırmalarının qarşısını almaq məqsədi daşıdığını bir daha qeyd edirik. Hökumət Abzas Media əməkdaşlarını həbs etməklə onun resurslarını tükəndirib və yaranmış repressiv mühit Azərbaycandan fəaliyyəti artıq mümkünsüz edir. Bu səbəblə həbsdə olan "Abzas media” rəhbərliyinin istəyi ilə bu dövrdə müvəqqəti baş redaktor vəzifəsini Leyla Mustafayeva yerinə yetirəcək. O, Avropanın müxtəlif ölkələrinə səpələnmiş yeni redaksiya heyətinin işinə nəzarət edəcək.

Biz jurnalist fəaliyyəti üçün təhlükəsiz mühitin yaradılmasının vacibliyini başa düşürük və bu çətin dövrlərdə söz azadlığına dəyər verən qlobal ictimaiyyətin və əcnəbi həmkarlarımızın dəstəyini yüksək qiymətləndiririk.

Bu çətin günlərdə nümayiş etdirdiyiniz anlayışınız və dəstəyiniz üçün təşəkkür edirik. "Abzas Media” hazırkı şəraitdə belə jurnalistika prinsiplərini qoruyaraq dəqiq və qərəzsiz xəbərlər çatdırmağa sadiq qalacaq”, deyə bəyanatda qeyd edilir.

Öz növbəsində, Leyla Mustafayeva bildirib ki, ForbiddenStories, France 24, rfi, The Guardian, Le Monde, Paper Trial, arc, OCCRP, Der Standard, ZDF, RTS, Knack, IRPI Media, Radio France, Le Soir və ZDF də daxil olmaqla, müxtəlif ölkələrdən 15 mətbuat orqanı Abzas Media-nın fəaliyyətində iştirak edəcək.

//Turan

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300