"Maraqlanan da yoxdur ki, ay Vahid...”

 

"Yanımda bu sənəti öyrənənlər artıq Xalq artistləri, prezident təqaüdçüləridir”.

Bu sözləri üzləşdiyi biganəlikdən məyus olan tanınmış aktyor, Əməkdar artist Vahid Əliyev yenicag.az-a açıqlamasında deyib.

İllərdir, səhnədə olduğunu, amma hələ də əməyinin bəhrəsini görmədiyini deyən aktyor aldığı təqaüdün dolanışığına yetmədiyini, sıxıntılar yaşadığını bildirib:

"Yanımda bu sənəti öyrənənlər artıq Xalq artistləri, prezident təqaüdçüləridir. 72 yaşım var, amma mən hələ də əməyimin bəhrəsini görməmişəm. Aldığım 500 manat təqaüdlə heç nə edə bilmirəm. Dərmana pul tapmıram. Nəvələrimin yanında xəcalət çəkirəm, çünki onlara ürəyim istəyən kimi babalıq edə bilmirəm.

İllərdir, bu sənətdəyəm. Teatrda irili-xırdalı 90-dan artıq rol oynamışam. Filmlərə çəkilmişəm, teletamaşalarda yaddaqalan obrazlar yaratmışam… Amma baxıram, sənətdən xəbəri olmayanlar daha çox hörmət-izzət sahibidir. Fəxri adları da var, hələ üstəlik, hamıdan da yaxşı dolanışıqları da…

Belə biganəliyi görəndə sınıram, demək ki 50 ilimi yelə vermişəm. Maraqlanan da yoxdur ki, ay Vahid, illərini bu sənətə verdin, indi necə, nə ilə dolanırsan, hanı sənin fəxri adın, hanı sənin fəxri təqaüdün…”


Cəvahir

www.yenicag.az

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300