Suriyanın Rəqqa şəhərinin bir hissəsi İŞİD
terrorçularından azad edilib. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə
görə, bu barədə İŞİD-lə mübarizə üzrə koalisiyanın rəsmi nümayəndəsi Rayan
Dillon bildirib.
"Rəqqanın azad edilməsi uğrunda əməliyyat artıq iki aydır davam edir. Şəhər ərazisinin
45 faizi "Suriya Demokratik Qüvvələri”nin nəzarətindədir.”, - detə R.Dillon
bildirib.
Qeyd edək ki, "Suriya Demokratik Qüvvələri” adlandırılan koalisiyasının əsas
hissəsini ABŞ və onun müttəfiqləri tərəfindən dəstəklənən YPG/PYD kürd terror
qruplaşmalarının silahlıları təşkil edir.
R.Dillon həmçinin YPG/PYD kürd terror qruplaşmalarına tankların tədarük edilməsinə
dair yayılan xəbərləri təkzib edib: "Bu xəbərlər yanlışdır”.
Ulu Yol Xəbər portalı » Dünya » Koalisiya Rəqqa şəhərinin bir hissəsinin İŞİD-dən azad etdiyini bəyan edib
Xəbər lentİ
Yazarlar
Müstəmləkə cinayətlərinə rəğmən müstəqillik əzmini itirməyən Əlcəzair - TƏHLİL
/
1-11-2022, 21:12
/