Главная > Dünya > Koalisiya Rəqqa şəhərinin bir hissəsinin İŞİD-dən azad etdiyini bəyan edib

Koalisiya Rəqqa şəhərinin bir hissəsinin İŞİD-dən azad etdiyini bəyan edib


3-08-2017, 23:18.

Suriyanın Rəqqa şəhərinin bir hissəsi İŞİD terrorçularından azad edilib. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İŞİD-lə mübarizə üzrə koalisiyanın rəsmi nümayəndəsi Rayan Dillon bildirib.

"Rəqqanın azad edilməsi uğrunda əməliyyat artıq iki aydır davam edir. Şəhər ərazisinin 45 faizi "Suriya Demokratik Qüvvələri”nin nəzarətindədir.”, - detə R.Dillon bildirib.

Qeyd edək ki, "Suriya Demokratik Qüvvələri” adlandırılan koalisiyasının əsas hissəsini ABŞ və onun müttəfiqləri tərəfindən dəstəklənən YPG/PYD kürd terror qruplaşmalarının silahlıları təşkil edir.

R.Dillon həmçinin YPG/PYD kürd terror qruplaşmalarına tankların tədarük edilməsinə dair yayılan xəbərləri təkzib edib: "Bu xəbərlər yanlışdır”.


Вернуться назад