"Bir neçə il ümidlə yaşadım. Məktəbli qızım hətta otağının oboylarını təsvir edibgünləri sayırdı. "Ana, prezidentimiz bizi sevindirəcək, az qalıb” deyib, sevincini gizlətmirdi”.

Uluyol.info Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova sosial şəbəkədə yazıb.

Aparıcı bu il prezidentin kütləvi informasiya vasitələri əməkdaşlarına verdiyi mənzillərdən ona da pay düşəcəyinə ümid etdiyini bildirib:

"11 yaşlı qızım prezidenti hamıdan güclü sayır. O qədər demişdim ki, prezidentimiz bizə ev verəcək. Bu da komissiyanın "ədalətli” və "hərtərfli” araşdırması. 255 nəfərdən nə qədər həmkar tanıyıram ki, doğrudan da layiqdir. Halal xoşları... Lakin elə jurnalistlər var ki, mənzil problemləri yoxdur.

Valideynlərimin evi uzun müddət adımda olub. Burada atam, anam və qardaşım böyük ailəsi ilə qalır. Bu ilin martında haqlı olaraq anama bağışladım, çünki anamın və atamın evi idi. Qardaşıma qalmalıdır. İki balamla gözlədik. Bu da son...

Mən – Aytən Səfərova 25 yaşlı, jurnalistikaya "dünən” gələnlər qədər olmadımmı, ay "ədalətli” komissiyanın üzvləri? Budurmu xalqın rəğbətini qazanan jurnalistə verdiyiniz dəyər?”

 


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300