Главная > Cəmiyyət > "İki balamla ümidlə gözlədim, amma..." - Aytən Səfərova
"İki balamla ümidlə gözlədim, amma..." - Aytən Səfərova21-07-2017, 18:15. |
"Bir neçə il ümidlə yaşadım. Məktəbli qızım hətta otağının oboylarını təsvir edibgünləri sayırdı. "Ana, prezidentimiz bizi sevindirəcək, az qalıb” deyib, sevincini gizlətmirdi”. Uluyol.info Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova sosial şəbəkədə yazıb. Aparıcı bu il prezidentin kütləvi informasiya vasitələri əməkdaşlarına verdiyi mənzillərdən ona da pay düşəcəyinə ümid etdiyini bildirib: "11 yaşlı qızım prezidenti hamıdan güclü sayır. O qədər
demişdim ki, prezidentimiz bizə ev verəcək. Bu da komissiyanın "ədalətli” və "hərtərfli”
araşdırması. 255 nəfərdən nə qədər həmkar tanıyıram ki, doğrudan da layiqdir.
Halal xoşları... Lakin elə jurnalistlər var ki, mənzil problemləri
yoxdur. Mən – Aytən Səfərova 25 yaşlı, jurnalistikaya "dünən” gələnlər qədər olmadımmı, ay "ədalətli” komissiyanın üzvləri? Budurmu xalqın rəğbətini qazanan jurnalistə verdiyiniz dəyər?”
Вернуться назад |