Şəmkirdə 16 yaşlı yeniyetmə su kanalında batıb.
Musavat.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN)
saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət
və Sularda Xilasetmə Dövlət Xidmətinə Şəmkir rayonu, Qaracəmirli kəndi ərazisindən
keçən suvarma kanalında 1 nəfərin batması barədə məlumat daxil olub.
Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq 2001-ci il təvəllüdlü
Elvin Səyavuş oğlu Hüseynovun cəsədini sudan çıxarıb və aidiyyəti üzrə təhvil
veriblər. Əməliyyat saat 21:11-də başa çatıb.