Главная > Region > Şəmkirdə 16 yaşlı yeniyetmə su kanalında batıb

Şəmkirdə 16 yaşlı yeniyetmə su kanalında batıb


4-07-2017, 02:03.

Şəmkirdə 16 yaşlı yeniyetmə su kanalında batıb.

Musavat.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Şəmkir rayonu, Qaracəmirli kəndi ərazisindən keçən suvarma kanalında 1 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq 2001-ci il təvəllüdlü Elvin Səyavuş oğlu Hüseynovun cəsədini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 21:11-də başa çatıb.

 


Вернуться назад