Beyləqan rayonunda yaşayan şəhid anası Rəhimova Müşkünaz Nəsir qızı Azinforum.az-a müraciət edərək hazırda çox acınacaqlı bir durumla üzləşdiyini və yaşadığı evinin "Parabank” tərəfindən əlindən alınma mərhələsində olduğunu bildirib:


"Mən şəhid anasıyam. Oğlum Əliyev Adil Müzəffər oğlu 17.06.2001-ci ildə Ağdam bölgəsində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Hazırda mənimlə birlikdə yaşayan digər oğlum – Əliyev Azər Müzəffər oğlu "Parabank”ın "Beyləqan” filialından kredit götürüb. Ehtiyac səbəbindən götürdüyü kreditin müqabilində hazırda yaşadığımız evi girov kimi göstərib. Devalvasiyaya kimi, krediti tərtib edilən qrafik əsasında vaxtı-vaxtında ödəyib. Kredit dollarla olduğu üçün devalvasiyadan sonra, həmin məbləği ödəməyə gücümüz çatmadı. Mən bir şəhid anası kimi heç də dövlətin bizə verdiyi imtiyazdan bu məsələdə suistifadə etmək istəmirəm. Bilirəm ki, götürülən pul mütləq geri qaytarılmalıdır. Amma gərək bank bizim real vəziyyətimizi də nəzərə alsın. Oğlum dəfələrlə banka bir qədər güzəştli şərtlərlə pulu ödəməyə hazır olduğunu bildirib. Ancaq bank bunun müqabilində əsas borcun üzərinə əlavə, gecikmə faizlərini də əlavə edərək məbləği astronomik həddə çatdırıb. Hazırda bankın iddiasına Beyləqan Rayon Məhkəməsində baxılır.

Bank daha bir şəhid anasının evini əlindən almağa hazırlaşır-

Məhkəmənin hazırlıq iclası da keçirilib. Bizdən faiz qarışıq tələb edilən borcun məbləği o qədər şişib ki, girov qoyduğumuz və hazırda yaşadığımız evi belə əlimizdən alsalar bankın iddiası təmin edilməyəcək. Buna görə də, bank iddianın başqa əmlaklara da yönəldilməsini istəyir. Fürsətdən istifadə edib, sizin sayt vasitəsilə bir ana kimi ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edib xahış edirəm ki, bu məsələyə müdaxilə etsin və bir şəhid ailəsinin küçədə qalmamasına köməklik göstərsin. Bir daha xatırladıram ki, biz bu gün də bankdan götürdüyümüz pulu normal qrafik üzrə qaytarmağa hazırıq. Təəssüf ki, bank bu istiqamətdə etdiyimiz müraciətlərə məhəl qoymur və gözünü yalnız bizim evimizə tikib. Hörmətli Mehriban xanımdan çox xahiş edirəm ki, bizi bu durumdan xilas etsin. Cünki varimiz-yoxumuz köhnə bir evdir, onu da əlimizdən alsalar, acınacaqlı duruma düşəcəyik”.

Bank daha bir şəhid anasının evini əlindən almağa hazırlaşır-

Azinforum.az mövzu ilə bağlı sözügedən bankla əlaqə saxlayıb. Adının çəkilməsini istəməyən bank əməkdaşı bizə bildirdi ki, onların çoxlu sayda problemli kreditləri var:

"Məsələ məhkəməyə gedib çatıbsa, artıq biz bununla bağlı hansısa izahat verə bilmərik”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300