Главная > Region > Bank daha bir şəhid anasının evini əlindən almağa hazırlaşır-ŞİKAYƏT
Bank daha bir şəhid anasının evini əlindən almağa hazırlaşır-ŞİKAYƏT1-07-2017, 00:20. |
Beyləqan rayonunda yaşayan şəhid anası Rəhimova Müşkünaz Nəsir qızı Azinforum.az-a müraciət edərək hazırda çox acınacaqlı bir durumla üzləşdiyini və yaşadığı evinin "Parabank” tərəfindən əlindən alınma mərhələsində olduğunu bildirib:
Məhkəmənin hazırlıq iclası da keçirilib. Bizdən faiz qarışıq tələb edilən borcun məbləği o qədər şişib ki, girov qoyduğumuz və hazırda yaşadığımız evi belə əlimizdən alsalar bankın iddiası təmin edilməyəcək. Buna görə də, bank iddianın başqa əmlaklara da yönəldilməsini istəyir. Fürsətdən istifadə edib, sizin sayt vasitəsilə bir ana kimi ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edib xahış edirəm ki, bu məsələyə müdaxilə etsin və bir şəhid ailəsinin küçədə qalmamasına köməklik göstərsin. Bir daha xatırladıram ki, biz bu gün də bankdan götürdüyümüz pulu normal qrafik üzrə qaytarmağa hazırıq. Təəssüf ki, bank bu istiqamətdə etdiyimiz müraciətlərə məhəl qoymur və gözünü yalnız bizim evimizə tikib. Hörmətli Mehriban xanımdan çox xahiş edirəm ki, bizi bu durumdan xilas etsin. Cünki varimiz-yoxumuz köhnə bir evdir, onu da əlimizdən alsalar, acınacaqlı duruma düşəcəyik”.
Azinforum.az mövzu ilə bağlı sözügedən bankla əlaqə saxlayıb. Adının çəkilməsini istəməyən bank əməkdaşı bizə bildirdi ki, onların çoxlu sayda problemli kreditləri var: "Məsələ məhkəməyə gedib çatıbsa, artıq biz bununla bağlı hansısa izahat verə bilmərik”. Вернуться назад |