Rusiya həmişə kürd xalqı ilə münasibət saxlayıb və onları korlamağa heç bir əsas yoxdur. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Rusiya prezidenti Vladimir Putin bildirib.

"Biz həmişə kürd xalqı ilə münasibət saxlamışıq, mən bu münasibətlərə son qoymağa əsas görmürəm. Amma əvvəlcə biz ümumi məsələni həll etməliyik. Bu terrorla mübarizədir. Bizim mövqeyimiz bu məsələdə açıqdır, biz bilirik ki, kürd döyüşçülərinin terrorla mübarizədə töhfəsi böyükdür. Onlar yüksək döyüş qabiliyyətli və çox səmərəli fəaliyyət göstərən qüvvələrdir”, - deyə Putin qeyd edib.

"Daha geniş əməkdaşlığa gəlincə, biz İraqla çox fəal əməkdaşlıq edirik və bu münasibətlər daha da inkişaf etdiriləcək”, - deyə Putin əlavə edib.

Putinin sözlərinə görə, kürd problemi kəskin olaraq qalmaqdadır. Biz mövqeyimizi çoxdan müəyyən etmişik. Biz fəaliyyət və mövqeyimizi beynəlxalq hüquq çərçivəsində müəyyənləşdirəcəyik”, - deyə V.Putin qeyd edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300