Главная > Siyasət > Putin: “Rusiyanın kürdlərlə münasibətləri korlamağa heç bir əsası yoxdur”
Putin: “Rusiyanın kürdlərlə münasibətləri korlamağa heç bir əsası yoxdur”15-06-2017, 22:54. |
Rusiya həmişə kürd xalqı ilə münasibət saxlayıb və onları korlamağa heç bir əsas yoxdur. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Rusiya prezidenti Vladimir Putin bildirib. "Biz həmişə kürd xalqı ilə münasibət saxlamışıq, mən bu
münasibətlərə son qoymağa əsas görmürəm. Amma əvvəlcə biz ümumi məsələni həll
etməliyik. Bu terrorla mübarizədir. Bizim mövqeyimiz bu məsələdə açıqdır, biz
bilirik ki, kürd döyüşçülərinin terrorla mübarizədə töhfəsi böyükdür. Onlar
yüksək döyüş qabiliyyətli və çox səmərəli fəaliyyət göstərən qüvvələrdir”, -
deyə Putin qeyd edib.
Вернуться назад |