Mançesterdə terror aktı törədən
Salman Abedinin atası saxlanılıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Ramadan Abedi
Tripolidə televiziyaya müsahibə verərkən maskalı şəxslər tərəfindən saxlanılıb.
Onun 90-cı illərdə Liviya İslam Döyüşçü Qrupunun (LİFG) üzvü olduğu ehtimal
edilir. Təşkilat Böyük Britaniyada terrorçu kimi tanınır.
Qeyd edək ki, bundan əvvəl Mançesterdə törədilən terror aktı ilə əlaqədar
terrorçu-kamikadze Salman Abedinin iki qardaşı da saxlanılıb. Mayın 23-də
Mançesterdə törədilən partlayış nəticəsində 22 nəfər ölüb, 120 nəfər yaralanıb.
Terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.
Ulu Yol Xəbər portalı » GÜNDƏM » Mançesterdə terror aktı törədən şəxsin atası saxlanılıb
Xəbər lentİ
Yazarlar
Müstəmləkə cinayətlərinə rəğmən müstəqillik əzmini itirməyən Əlcəzair - TƏHLİL
/
1-11-2022, 21:12
/