Главная > GÜNDƏM > Mançesterdə terror aktı törədən şəxsin atası saxlanılıb

Mançesterdə terror aktı törədən şəxsin atası saxlanılıb


24-05-2017, 22:48.

Mançesterdə terror aktı törədən Salman Abedinin atası saxlanılıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Ramadan Abedi Tripolidə televiziyaya müsahibə verərkən maskalı şəxslər tərəfindən saxlanılıb.

Onun 90-cı illərdə Liviya İslam Döyüşçü Qrupunun (LİFG) üzvü olduğu ehtimal edilir. Təşkilat Böyük Britaniyada terrorçu kimi tanınır.

Qeyd edək ki, bundan əvvəl Mançesterdə törədilən terror aktı ilə əlaqədar terrorçu-kamikadze Salman Abedinin iki qardaşı da saxlanılıb. Mayın 23-də Mançesterdə törədilən partlayış nəticəsində 22 nəfər ölüb, 120 nəfər yaralanıb. Terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.


Вернуться назад