Mingəçevirdə qətl hadisəsi törədilib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün
20.00 radələrində şəhərdə qeydə alınıb. Kənan Əzizov adlı şəxs ailə münaqişəsi
zəminində həyat yoldaşını bıçaqlayaraq qətlə yetirib.
Hazırda şəhərin hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Qətlin
hansı səbəbdən törədildiyi və ölən qadının kimliyi hələ ki məlum deyil.
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.