Главная > Kriminal > Mingəçevirdə kişi həyat yoldaşını qətlə yetirib

Mingəçevirdə kişi həyat yoldaşını qətlə yetirib


2-05-2017, 20:16.

Mingəçevirdə qətl hadisəsi törədilib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün 20.00 radələrində şəhərdə qeydə alınıb. Kənan Əzizov adlı şəxs ailə münaqişəsi zəminində həyat yoldaşını bıçaqlayaraq qətlə yetirib.

Hazırda şəhərin hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Qətlin hansı səbəbdən törədildiyi və ölən qadının kimliyi hələ ki məlum deyil.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

 


Вернуться назад