Azərbaycan Türk aydını Faiq Ələkbərli Qazaxıstanda dini ayrı seçkilikdən uzaq Türkçülük məfkurəsinin yeni prinsiplərini açıqlayıb.

AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, eyni zamanda Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasıyla Əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli (Qəzənfəroğlu) 26-28 aprel 2017-ci il tarixlərində Qazaxıstanın Türküstan şəhərində Uluslararası Xoca Əhməd Yəsəvi Türk-Qazax Universitetinin düzənlədiyi Uluslararası Sosial Elmlər Konqresi: Türküstan Forumu III - "Küreselleşme Sürecinde Türk Dünyasının Geleceği, Fırsatlar ve Tehditler" adlı elmi konfransda iştirak etmişdir. Beynəlxalq konfransda Türksoylu ölkələrin (Şimali Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Tatarıstan və b.) alimləri ilə yanaşı, digər dövlətlərin nümayəndələri də qatılıblar.

Azərbaycan Türk aydını Faiq Ələkbərli məruzəsində bildirdi ki, artıq türkçülük ya da Türk birliyi məfkurəsini yenidən gözdən keçirməyin zamanıdır. Onun sözlərinə görə, bunun üçün ilk növbədə, Türk tarixi yenidən dəyərləndirilməli, Türk-Turan irqinin ortaq tarixi yazılmalı, zorunlu olaraq orta və ali təhsildə yer almalıdır. Ortaq Türk tarixi qələmə alınarkən də Avropa, ABŞ, Rusiya və digər xalqlara aid araşdırmaçıların əsərlərinin təsirindən uzaq durulması bir şərt olmalı, əsasən Türk-Turan qaynaqlarına istinad edilməlidir. Özəlliklə, son iki yüz ildə Türk tarixinin yadelli araşdırmaçılar tərəfindən saxtalaşdırıl¬ması nəzərə alınmalıdır. Bu anlamda Türklərin Anadoluya, Suriyaya, İraqa, Azərbaycana gəlmə olması məsələsi Türk tarix kitablarından qaldırılmalıdır. Çünki türklər bu torpaqların yerli xalqıdır.

Azərbaycan alimi onu da bildirdi ki, tarixdə Hind, Yunan, Roma, Çin, Alman, İngilis, Fransız, Ərəb və bşaqa xalqların fəlsəfələri ilə yanaşı, onlardan heç də az dəyərə malik olmayan Türk fəlsəfəsi də olmuşdur: "Çox yazıqlar olsun ki, Türk kültürü və Türk sivilizasiyası kimi Türk fəlsəfəsini bu günədək sistemli hala gətirməyi bacara bilməmişik. Əslində bir ulusun tarixi, kültürü, fəlsəfəsi bir bütündür, biri o birini tamamlar. Necə ki, yunanlar, çinlililər, hindlilər, fransızlar, almanlar və başqaları belə etmişlər. Hesab edirik ki, Türk fəlsəfəsinin ana xəttini Türklük, Tanrıçılıq və İnsanlıq dəyərlərinin vəhdəti, bütünlüyü təşkil edir. Yəni Türkün fəlsəfəsi Tanrıçılıq və İnsanlıq fəlsəfəsinin vəhdətidir”.

Faiq Ələkbərliyə görə, Türk-Turan sivilizasiyası açısından Türk düşüncəsi olan Tanrıçılıqla İslamlığın oxşar və fərqli cəhətlərinin dəyərləndirlməsinə də ciddi ehtiyac vardır: "Çünki bu gün də Türklük və İslamlığın biri-birinə zidd olması, İslam dininin Türklüyün inkişafında əngəl olması kimi fikirlər mövcuddur. Bir məqama diqqət yetirək ki, doğrudan da son əsrlərdə Türk mədəniyyəti daha çox İslam mədəniyyətinin tərkib hissəsi kimi verilmişdir. Biz, bunu heç də çox doğru görmürük. Hesab edirik ki, Türk mədəniyyətini Buddizm, İudaizm, Xristianlıq, İslam mədəniyyətləri kölgəsində vermək yanlışdır. Bizim məqsədimiz Türk fəlsəfəsinin, Türk mədəniyyətinin özünəməxsusluğunu ortaya qoymaq olmalıdır”.

Azərbaycan türk aydını çıxışında onu da vurğuladı ki, Türk-İslam birliyi adı altında müsəlman olmayan digər türklərin, yəni xristian türklərin, buddist türklərin, şamanist türklərin Türk Birliyindən kənarda tutulması da qətiyyən doğru deyildir. Onun sözlərinə görə, bu anlamda Türk Birliyini yalnız bu və ya digər formada Avropa, Rusiya, Çin, Ərəb və digər birliklərin yanında görmək çıxış yolu ola bilməz. Türk birliyi heç bir dini ayrı-seçklik qoyulmadan yalnız Türk xalqları, Türk dövlətləri arasında gerçəkləşməlidir. F.Ələkbərli dedi ki, 20-ci əsrin sonlarında yeni müstəqil Türk dövlətləri ortaya çıxdıqdan sonra Türk birliyi ideyasının başında gələn Türkiyə bununn gerçəkləşməsi yolunda ümidləri doğrultmadı. Buna səbəb də bir tərəfdən Türkiyənin ümmətçilik duyğularından qopa bilməməsi, digər tərəfdən Qərb mədəniyyətini düzgün dəyərləndirə bilməməsidir. Azərbaycan aliminə görə, bu anlamda Türk birliyinin gerçəkləşməsi yolunda yeni missiya Türküstan və Azərbaycan türklərinin üzərinə düşməkdədir: "Bu yolda isə Əhmət Yəsəvinin dediyi kimi, Türkçülük qədərimiz, din seçimimiz, insanlıq isə vəzifəmizdir. Mən zərrə qədər şübhə etmirəm ki, yaxın zamanlarda Türk milləti yenindən dünyada ədalətin, əxlaqın, xoşgörünün bir sözlə insanlığın carçısı olacaqdır!”.(Karabakhmedia.az)


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300