BOZ QURDUN HARAYI


Eheyyy! Sizinləyəm Turan ulusu!
Çağırın, uyuyan yurdum ayılsın.
Quzeydən Güneyə, üfüqlər boyu,
Sözüm eşidilsin, səsim duyulsun!


Yeri silkələrdi Türkün nərəsi,
İblisin bicləri bizi böldülər.
Çaldıran Turanın qara ləkəsi!
Ləkəni vuranlar gendən güldülər.


Ayıl, aç gözünü cahana bir bax,
Harda yaşayırsan, orda dardasan.
Kükrə sellər kimi , şimşək kimi çax,
Sənə səslənirəm, Türküm! – hardasan?!


Sən ki at belində gəzdin dünyanı,
Ümmanlar keçmisən, dağlar aşmısan.
Haqqın qarşısında sayğı göstərib,
Haqsızlıq görəndə aşıb-daşmısan.


Tək sənə tuşlandı şərin barmağı,
Sağın da, solun da yağıya döndü.
Unutdun savaşa birgə varmağı,
Qılıncmı korşaldı, eşqinmi söndü?!


Eheyyy! Səninləyəm min illər boyu,
Doğudan Batıya at çapanlarım.
Düzlərdə yaşarkən Batının soyu,
Dövlət quranlarım, El yapanlarım.


Birləş!
Örnək götür Oğuz çağından,
Türkün yaşadığı hər yerə qədər.
Doğu Türkistandan, Tanrı dağından,
Batı Trakyadan Sibirə qədər.


Tufanların, daşqınların gücü var,
Ürəyində bəslədiyin atəşdə.
Göydən ulduzlar da həsrətlə baxar,
Şad xəbər eşqilə doğur Günəş də.


İçdə gücün, cəsarətin tükənsə,
İldırımdan, şimşəkdən al qeyrəti.
Millətin uöruna savaşan kəsə,
Tanrımız göndərər gücü, qüdrəti.


Bax sənə boylanır şanlı Aypara,
Dur, zaman yetişdi, oyan Türk! – deyir.
Birlik, bütövlükdü dərdinə çara,
Birləş, Bahadır Türk, Bayan Türk!-deyir.


Tanrımız ucaldar, mələklər öyər,
Sözdə yox əməldə bir yerə gəlsək.
Dünyanın sahibi biz olluq, əyər,
Bir bayraq altında birləşə bilsək.


Yetər məyusluğun! Yetər bu halın!
Üfüqdən boylanır zamanın sənin.
Birləş! Birlikdədi qurtuluş yolun,
Birlikdən doğacaq Turanın sənin!

 

Namiq Hacıheydərli- şair, publisist, araşdırmaçı


Uluyol.info

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300