"Şəhidlərimizi hər gün anaq” layihəsindən bu dəfə Neftçalanın ilk şəhidi Mehman Səfərov haqqında...

Səfərov Mehman Məmmədəli oğlu 1972-ci il Aprel ayının 12-də Neftçala şəhərində dünyaya göz açıb.Bu gün adını daşıyan Neftçala İnternat məktəbinin 8-ci sinifini bitirib.Təhsilini davam etdirmək üçün Bakıya yollanır. Bakıdakı Mədəni-Maarif texnikomunun rəqs şöbəsinə daxil olur.

1991- ci ildə hərbi xidmətə yola düşür.1992- ci il iyul ayının 15-də Ağdərə rayonu Umudlu kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.İyul ayının 18-də Neftçala Şəhidlər xiyabanında son mənzilə yola salınıb.

Orta təhsil aldığı internat məktəbi hal-hazırda Mehman Səfərovun adını daşıyır.Məktəbin həyətində büstü qoyulub.

Dini-Adəm, yolumuz haqq yoludur,əlbət hədəf,

Adı Mehman olanın mehmanı olmaq nə şərəf.(E.İbrahim)

 Mehman Səfərov haqqında internet resusrları üzərindən axtarış apararkən üzücü xəbərlə rastlaşırıq.Mehman Səfərovun atası Məmmədəli kişi ötən ilin may ayında mətbuatda dərc olunan yazılarda küçə qaldığı, Binəqədi rayon icra hakimiyyətində isə "oğlunun ağlı olaydı,Qarabağa döyüşməyə getməzdi” deyə insanlığa sığmayan cavab veriblər.Uluyol.info yerli saytlara istinadən həmin yazılardan çıxarış edib şəhid atasının düşdüyü durumu oxuculara çatdırırıq:

 

 

Uluyol.info ötən ilin may ayında şəhid atası ilə bağlı mediyadakı məlumatları və videodan çıxarışları təqdim edirik:

 

Bura şəhid atası Məmmədəli Səfərovun evi deyil. Onu bir neçə gün öncə avtobusda yatılı görən gənc oyadıb müvəqqəti olaraq qaldığı evə gətirib. 64 yaşlı kişi iki gün sonra buranı da tərk etməlidir. Hara gedəcəyini, harada gecələyəcəyini bilmədən... "Bolluq bazarında kafedə işləyirdim, orada da qalırdım. Hökumətdən heç nə tələb etmirdim, ev istəmirdim. Buna ehtiyacım yox idi. Elə oldu ki, Bolluq bazarı plana düşdü, satıldı. Mən də oradan çıxdım, qaldım küçələrdə”- Məmmədəli Səfərov danışır.

Onun oğlu Mehman Səfərov 19 yaşında Ağdərədə gedən döyüşlərdə şəhid olub. Neftçalada yerləşən internat məktəbə onun adı verilib, qarşısına büstü də qoyulub. Amma indi ataya oğlu şəhid olduğu üçün ödənilməli olan 11 min manat sığorta pulu verilmir ki, özünə sığınacaq düzəltsin. Binəqədi rayon İcra Hakimiyyətindən də ona deyiblər ki, "oğlunun ağlı olardı, müharibəyə getməzdi”. "Danışırdım ki, uşaq özü getdi müharibəyə. İcra hakimiyyətində işləyən bir adam, bilmədim kimdi, mənə qayıtdı ki, "ağlı olardı, getməzdi”. Dedim, ağlı var idi ki, müharibəyə gedib. Amma ağlı yoxdur ki, sizə görə gedib. Siz kresloda oturmusunuz. Sizin oğlunuzun hansı biri cəbhəyə gedib? Hansı biri əsgərlik edib ? Bir nazir oğlunun adın çəkə bilərsiniz mənim üçün ki, o əsgərliyə gedib? Nə oldu, "qara millət” ə qalmışdı bu?!”

O yay-qış küçələrdə, parklarda, avtobuslarda, dəniz kənarındakı yarımçıq tikililərdə qalır. Amma ona qoyulan diaqnoz bu yerlərdə qalmağı qadağan edir. Məmmədəli Səfərov ağ ciyər vərəmi xəstəliyindən 2-ci qrup ömürlük əlildir.

Şəhid atası ev almaq üçün Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edib. İcra Hakimiyyəti onun şəhid atası və ömürlük 2-ci qrup əlil olmasını nəzərə alaraq ev növbəsinə salıb. 2015-ci ildən ev növbəsində olan Məmmədəli Səfərova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən deyiblər ki, o, 2018 –ci ildən sonra ev alacaq.

Binəqədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəvanə Əliyeva deyir ki, şəhid atasının ev növbəsinə yazılması ilə bağlı sərəncam versələr də, ona növbədənkənar ev vermək qurumun səlahiyyətində deyil.

İcra Hakimiyyətindən bildirdilər ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid atasına növbədənkənar ev vermək səlahiyyətindədir. Amma Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bu səlahiyyətin icra hakimiyyətində olduğunu deyir.

"Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunun 4-cü maddəsinə əsasən "Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar”. Bu işin təşkili Müdafiə Nazirliyinə, yerli icra hakimiyyəti orqanlarına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub.

Şəhid atasının isə ancaq əynindəki paltarıdır, başqa heç nəyi yoxdur. Nə maşını, nə evi, nə də işi. 64 yaşlı kişi düşünür ki, oğlu sağsalamat olsaydı, bu yoxluğu çəkməzdi".


 

 Uluyol.info olaraq şəhidlərimizin ad günü və şəhadət günü ilə əlaqədar reportajlar hazırlayırırq.Bu dəfə şəhid Mehman Səfərovun doğum günü aprelin 12-si hazırladığımız reportaj gecə saatlarına təsadüf etdiyindən hal-hazırda şəhid atası Məmmədəli kişinin mövcud durumu haqqında bilgi əldə edə bilmədik.

Bizi izləyin, şəhid atasının hazırda harda yaşadığı, ev problemi və alacağı təzminatın ödənilib-ödənilməsi haqqında məlumat vərəcik.

Uluyol.info, Saday Fərəcov

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300