Главная > Qarabağ / Region > Neftçalanın ilk şəhidi-Mehman Səfərov haqqında-FOTOLAR-VİDEO
Neftçalanın ilk şəhidi-Mehman Səfərov haqqında-FOTOLAR-VİDEO12-04-2017, 23:12. |
"Şəhidlərimizi hər gün anaq” layihəsindən bu dəfə Neftçalanın ilk şəhidi Mehman Səfərov haqqında... Səfərov Mehman Məmmədəli oğlu 1972-ci il Aprel ayının 12-də Neftçala şəhərində dünyaya göz açıb.Bu gün adını daşıyan Neftçala İnternat məktəbinin 8-ci sinifini bitirib.Təhsilini davam etdirmək üçün Bakıya yollanır. Bakıdakı Mədəni-Maarif texnikomunun rəqs şöbəsinə daxil olur. 1991- ci ildə hərbi xidmətə yola düşür.1992- ci il iyul ayının 15-də Ağdərə rayonu Umudlu kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.İyul ayının 18-də Neftçala Şəhidlər xiyabanında son mənzilə yola salınıb. Orta təhsil aldığı internat məktəbi hal-hazırda Mehman Səfərovun adını daşıyır.Məktəbin həyətində büstü qoyulub. Dini-Adəm, yolumuz haqq yoludur,əlbət hədəf, Adı Mehman olanın mehmanı olmaq nə şərəf.(E.İbrahim) Mehman Səfərov haqqında internet resusrları üzərindən axtarış apararkən üzücü xəbərlə rastlaşırıq.Mehman Səfərovun atası Məmmədəli kişi ötən ilin may ayında mətbuatda dərc olunan yazılarda küçə qaldığı, Binəqədi rayon icra hakimiyyətində isə "oğlunun ağlı olaydı,Qarabağa döyüşməyə getməzdi” deyə insanlığa sığmayan cavab veriblər.Uluyol.info yerli saytlara istinadən həmin yazılardan çıxarış edib şəhid atasının düşdüyü durumu oxuculara çatdırırıq:
Uluyol.info ötən ilin may ayında şəhid atası ilə bağlı mediyadakı məlumatları və videodan çıxarışları təqdim edirik:
Bura şəhid atası Məmmədəli Səfərovun evi deyil. Onu bir
neçə gün öncə avtobusda yatılı görən gənc oyadıb müvəqqəti olaraq qaldığı evə gətirib.
64 yaşlı kişi iki gün sonra buranı da tərk etməlidir. Hara gedəcəyini, harada
gecələyəcəyini bilmədən... "Bolluq bazarında kafedə işləyirdim, orada da
qalırdım. Hökumətdən heç nə tələb etmirdim, ev istəmirdim. Buna ehtiyacım yox
idi. Elə oldu ki, Bolluq bazarı plana düşdü, satıldı. Mən də oradan çıxdım,
qaldım küçələrdə”- Məmmədəli Səfərov danışır. Şəhid atasının isə ancaq əynindəki paltarıdır, başqa heç nəyi yoxdur. Nə maşını, nə evi, nə də işi. 64 yaşlı kişi düşünür ki, oğlu sağsalamat olsaydı, bu yoxluğu çəkməzdi".
Uluyol.info olaraq şəhidlərimizin ad günü və şəhadət günü ilə əlaqədar reportajlar hazırlayırırq.Bu dəfə şəhid Mehman Səfərovun doğum günü aprelin 12-si hazırladığımız reportaj gecə saatlarına təsadüf etdiyindən hal-hazırda şəhid atası Məmmədəli kişinin mövcud durumu haqqında bilgi əldə edə bilmədik. Bizi izləyin, şəhid atasının hazırda harda yaşadığı, ev problemi və alacağı təzminatın ödənilib-ödənilməsi haqqında məlumat vərəcik. Uluyol.info, Saday Fərəcov Вернуться назад |