"Çudo Peçka” mağazalar şəbəkəsinin işçiləri əməkhaqqılarını tələb edirlər. Mağazalar şəbəkəsinin işçisi Vüsalə Ələsgərova bildirib ki, işlədikləri müddətdə almalı olduqları əmək haqqı verilmir.

"3 il "Çudo Peçka” mağazalar şəbəkəsinin "Neftçilər”də yerləşən filialında kassir işləmişəm. Ötən ilin oktyabr ayında "Çudo Peçka” bağlandı və mən işdən ayrıldım. Biz işlədiyimiz müddətdə maaşlarımız vaxtı-vaxtında verilmirdi. Oktyabr ayında ayırılandan sonra "Çudo Peçka”nın mənə 1646 manat 80 qəpik borcu qaldı, şirkət rəsmiləri borcun qısa müddət ərzində veriləcəyini bildirsələr də, üstündən 4 aya yaxın keçməsinə baxmayaraq, pullarınız verilmir. Bu borcun 640 manatı əvvəldən qalan, digər hissəsi isə maaşlarımızın verilməyən hissəsidir.

Onlar şirkətin adını dəyişib "Dop-Dolu” qoydular. Şirkətin rəhbəri Anar Cəlilov özü bizə olan borcu etiraf edib. Aylıq maaşımız 250 manat olduğu halda 100-150 manat maaş verilirdi, biz də inanırdıq ki, qalan pullarımızı verəcək. Amma o müflis olduqlarını səbəb kimi göstərərək, bizim pullarımızı ödəməkdən boyun qaçırır.
Mən bununla bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət etmişəm. Oradan məni Baş Prokurorluğa göndəriblər. Baş Prokurorluq da müraciətimə baxaraq onu Dövlət Əmək Müfəttişliyinə göndərib. Əmək Müfəttişliyi son cavabında məhkəməyə müraciət etməyimi tövsiyə edib.
Bu şirkətin işi hazırda məhkəmədə olduğu üçün, əlavə olaraq mən də məhkəməyə müraciət etməmişəm. Hər dəfə Anar Cəlilovun özünə yaxınlaşıram, yalandan vəd verir ki, pullarınız veriləcək. Amma vaxt keçir və puldan xəbər yoxdu. Biz inanırıq ki, dövlətimiz qanuni yollarla haqlarımızı bərpa edəcək, istəyimiz pullarımızın verilməsidir.
Məndən başqa da orada çalışan 20 nəfərə yaxın adam pullarını Anar Cəlilovdan ala bilmir”.

Adı şəkilən şirkətin borclu olduğu işçilərin bəziləri:

Ələsgərova Vüsalə (kassir) – 1646manat 80 qəpik;
Sadıqov Ruslan (baş inzibatçı) – 996 manat;
Babayeva Aida (fərdi istehsal texnoloqu) – 5100 manat;
Əliyeva Nüşabə (inzibatçı) – 1333 manat;
Bəkirova Ləman (hostes) – 1735 manat;
Tağıyev Vüsal (fəhlə) – 280 manat;
Kərimova Aygün (kassir) – 650 manat;
Həsənova Asudə (kassir) – 825 manat;
Ələkbərov Azər (inzibatçı) – 525 manat.

(Modern.az)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300