Главная > Sosial > “Çudo Peçka”un sahibi Anar Cəlilov Prokurorluğa verildi
“Çudo Peçka”un sahibi Anar Cəlilov Prokurorluğa verildi16-03-2017, 20:58. |
"Çudo Peçka” mağazalar şəbəkəsinin işçiləri əməkhaqqılarını tələb edirlər. Mağazalar şəbəkəsinin işçisi Vüsalə Ələsgərova bildirib ki, işlədikləri müddətdə almalı olduqları əmək haqqı verilmir. "3 il "Çudo Peçka” mağazalar şəbəkəsinin "Neftçilər”də yerləşən filialında kassir işləmişəm. Ötən ilin oktyabr ayında "Çudo Peçka” bağlandı və mən işdən ayrıldım. Biz işlədiyimiz müddətdə maaşlarımız vaxtı-vaxtında verilmirdi. Oktyabr ayında ayırılandan sonra "Çudo Peçka”nın mənə 1646 manat 80 qəpik borcu qaldı, şirkət rəsmiləri borcun qısa müddət ərzində veriləcəyini bildirsələr də, üstündən 4 aya yaxın keçməsinə baxmayaraq, pullarınız verilmir. Bu borcun 640 manatı əvvəldən qalan, digər hissəsi isə maaşlarımızın verilməyən hissəsidir. Onlar şirkətin adını dəyişib "Dop-Dolu” qoydular. Şirkətin
rəhbəri Anar Cəlilov özü bizə olan borcu etiraf edib. Aylıq maaşımız 250 manat
olduğu halda 100-150 manat maaş verilirdi, biz də inanırdıq ki, qalan
pullarımızı verəcək. Amma o müflis olduqlarını səbəb kimi göstərərək, bizim
pullarımızı ödəməkdən boyun qaçırır. Adı şəkilən şirkətin borclu olduğu işçilərin bəziləri: Ələsgərova Vüsalə (kassir) – 1646manat 80 qəpik; (Modern.az)
Вернуться назад |