Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin
son 2 gün ərzində apardığı monitorinqlərin nəticələrinə əsasən, Bakıda və
Abşeron yarımadasında havada olan tozun miqdarının sanitar normadan artıq
olduğu müəyyən edilib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova APA-ya bildirib ki, buna
səbəb Ərəbistan səhralarında müşahidə olunan toz burulğanının atmosferin yuxarı
təbəqələrinədək qalxmasıdır.
"Bu toz hissəcikləri atmosfer axınları ilə, əsasən də cənub, cənub-qərb
axınları vasitəsilə Azərbaycana da gəlib.
Bildiririk ki, əlverişsiz meteoroloji şəraitlə bağlı 14 mart 2017-ci il tarixində
atmosfer havasında tozun miqdarının bir qədər də artacağı və prosesin martın
15-dən zəifləyəcəyi ehtimal edilir", - deyə o vurğulayıb.
Ulu Yol Xəbər portalı » Region » Bakıda iki gündür müşahidə olunan tozun miqdarı bir qədər də artacaq
Xəbər lentİ
Yazarlar
Müstəmləkə cinayətlərinə rəğmən müstəqillik əzmini itirməyən Əlcəzair - TƏHLİL
/
1-11-2022, 21:12
/