Главная > Region > Bakıda iki gündür müşahidə olunan tozun miqdarı bir qədər də artacaq

Bakıda iki gündür müşahidə olunan tozun miqdarı bir qədər də artacaq


13-03-2017, 22:23.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin son 2 gün ərzində apardığı monitorinqlərin nəticələrinə əsasən, Bakıda və Abşeron yarımadasında havada olan tozun miqdarının sanitar normadan artıq olduğu müəyyən edilib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova APA-ya bildirib ki, buna səbəb Ərəbistan səhralarında müşahidə olunan toz burulğanının atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır.

"Bu toz hissəcikləri atmosfer axınları ilə, əsasən də cənub, cənub-qərb axınları vasitəsilə Azərbaycana da gəlib.

Bildiririk ki, əlverişsiz meteoroloji şəraitlə bağlı 14 mart 2017-ci il tarixində atmosfer havasında tozun miqdarının bir qədər də artacağı və prosesin martın 15-dən zəifləyəcəyi ehtimal edilir", - deyə o vurğulayıb.


Вернуться назад