Hər il xüsüsi nəvaziş və diqqətlə qeyd etdiyimiz 8 mart Beynəxalq Qadınlar günün yaranma tarixçəsi hər kəsə maraqlı və bir o qədər də müəmmalıdır. 8 mart qadınlar günü - Bəs hansı qadınların günü?
Əməkçi qadınların günü olaraq başlayan və illərdir müxtəlif ölkələrdə, müxtəlif
dərəcədə qeyd olunan bu xüsusi gün illər keçdikcə öz əsas anlamını itirdi və
qadınların hədiyyəyə olan marağının qurbanı oldu.
Danimarkanın paytaxtı Kopenhagendə 26-27 avqust 1910-ci ildə bir fabrikdə baş
verən yanğın hadisəsi nəticəsində 129 qadın işçinin can verməsi, əməkçi
qadınların xatirəsinin anılma günü olaraq, 2- ci Beynəlxalq qadınlar
Konfransında Almanya Sosyal Demokrat Partiyası başçılarından Klara
Zetkinin təklifi üzərinə 8 mart həmin əməkçi qadınların anım günü olaraq qərara
bağlanıb. İlk illərdə bəlli bir tarix dəqiqləşdirilməsə də hər il baharda qeyd
olunan bu gün, 1921-ci ildə Moskvada baş tutan 3-cü Beynəlxalq qadınlar
konfransında tarix 8 Mart olaraq dəqiqləşdirildi (Dünya Əməkçi Qadınlar Günü).
Birinci və İkinci dünya müharəbələri arasında bir çox ölkənin qeyd eləmədiyi
bu rəsmi gün, 1960 – cı illərin sonunda ABŞ –da qeyd olunmağa başladı. Birləşmiş
Millətlər Təşkilatının Baş Assambleyası, 16 dekabr 1977-ci ildə isə 8
Martın "Dünya Qadınlar Günü " olaraq adlandırılmasını qəbul etdi.
O vaxtdan bütün ölkələrdə qadınlar 8 Mart gününü, həmçinin sülh uğrunda mübarizədə
həmrəylik günü kimi də qeyd edirlər. Azərbaycan müstəqillik əldə etdikdən
sonra 8 mart istirahət günü kimi qeyd olunur.
8 Mart - iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların
beynəlxalq həmrəylik günüdür.
Lakin, 8 Mart bugün Azərbaycanda anlamından çox - çox uzaqda fərqli bir məna
daşıyır. Əməklərinin, hüquqlarının günü deyil də xüsusi nəzvaziş və "hədiyyə”
günü olaraq gürülər bu günü. Hüququnu tanımayan qadın şiddət görəcək, şiddət
görən qadın qorxacaq, qorxan qadın sözünü deyə bilməyəcək. Nə haqlarını
tanıyacaq nə də ilin bir günü belə olsa qayğı, nəvaziş görəcək. Klara
Zetkin hər ilin bu günü bizə hədiyyələr alın, ilin bircə günü bizi xatırlayın
deməmişdi. Zetkin ədalət,haqq tələb edirdi. Qadın hquqlarını tanıtmağa,cəmiyyətdə
qadına yer ayırmağa çalışırdı. Və o bunu bacardı.Bəs bu dövrün qadınları o fədakarlıqla
əldə edilən bu günün dəyərini anlayırmı?
Azərbaycan Bakıdan və bir neçə böyük şəhərlərdən ibarət deyil. Bunun kəndi var,
qəsəbəsi var, şəraitsiz, kasıb evlərdə 4-5 uşaq böyüdərkən qadınlığını
unudanı var, döyüləni, söyüləni var. 8 Mart hansı qadınların günüdür? Bahalı
şubalarla hər gün bahalı hədiyyələrlə gününü keçirən qadınlarınmı yoxsa kənd və
qəsəbələrdə, şiddətə məruz qalan Klara Zetkinin dövründə qalmışcasına haqq,
hüquq sahibi olmayan qadınlarınmı ? Hələ də belə istisnalar mövcud olan
bir cəmiyyətdə kimin "bayramını” qeyd edirik? Gender bərabərliyindən dəm vuran
xalqın yüzlərcə qadını adət-ənənə qurbanıdır. Hələ də bu ölkədə gəlinlər sevinərək
yox (məcburi), ağlayaraq gedirlər ər evinə.
8 Mart sevib sevilərək evlənən yox, gözüyaşlı qadınların günüdür, 8 Mart
holdinglərdə müdirə xanımların yox, təmizlikçi qadınların günüdür. 8 mart bədəni
şiddətdən göyərmiş qadınların günüdür.8 mart mədəni,mənəvi,sosyal-iqtisadi,hüquqi
baxımdan bütün dünya qadınlarının həmrəylik günüdür.