Главная > Yazarlar > Bəs hansı qadınların günü?

Bəs hansı qadınların günü?


8-03-2017, 18:39.

Hər il xüsüsi nəvaziş və diqqətlə qeyd etdiyimiz 8 mart Beynəxalq Qadınlar günün yaranma tarixçəsi hər kəsə maraqlı və bir o qədər də müəmmalıdır. 8 mart qadınlar günü - Bəs hansı qadınların günü?

Əməkçi qadınların günü olaraq başlayan və illərdir müxtəlif ölkələrdə, müxtəlif dərəcədə qeyd olunan bu xüsusi gün illər keçdikcə öz əsas anlamını itirdi və qadınların hədiyyəyə olan marağının qurbanı oldu.
Danimarkanın paytaxtı Kopenhagendə 26-27 avqust 1910-ci ildə bir fabrikdə baş verən yanğın hadisəsi nəticəsində 129 qadın işçinin can verməsi, əməkçi qadınların xatirəsinin anılma günü olaraq, 2- ci Beynəlxalq qadınlar Konfransında Almanya Sosyal Demokrat Partiyası başçılarından Klara Zetkinin təklifi üzərinə 8 mart həmin əməkçi qadınların anım günü olaraq qərara bağlanıb. İlk illərdə bəlli bir tarix dəqiqləşdirilməsə də hər il baharda qeyd olunan bu gün, 1921-ci ildə Moskvada baş tutan 3-cü Beynəlxalq qadınlar konfransında tarix 8 Mart olaraq dəqiqləşdirildi (Dünya Əməkçi Qadınlar Günü). Birinci və İkinci dünya müharəbələri arasında bir çox ölkənin qeyd eləmədiyi bu rəsmi gün, 1960 – cı illərin sonunda ABŞ –da qeyd olunmağa başladı. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası, 16 dekabr 1977-ci ildə isə 8 Martın "Dünya Qadınlar Günü " olaraq adlandırılmasını qəbul etdi.
O vaxtdan bütün ölkələrdə qadınlar 8 Mart gününü, həmçinin sülh uğrunda mübarizədə həmrəylik günü kimi də qeyd edirlər. Azərbaycan müstəqillik əldə etdikdən sonra 8 mart istirahət günü kimi qeyd olunur.
8 Mart - iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür.
Lakin, 8 Mart bugün Azərbaycanda anlamından çox - çox uzaqda fərqli bir məna daşıyır. Əməklərinin, hüquqlarının günü deyil də xüsusi nəzvaziş və "hədiyyə” günü olaraq gürülər bu günü. Hüququnu tanımayan qadın şiddət görəcək, şiddət görən qadın qorxacaq, qorxan qadın sözünü deyə bilməyəcək. Nə haqlarını tanıyacaq nə də ilin bir günü belə olsa qayğı, nəvaziş görəcək. Klara Zetkin hər ilin bu günü bizə hədiyyələr alın, ilin bircə günü bizi xatırlayın deməmişdi. Zetkin ədalət,haqq tələb edirdi. Qadın hquqlarını tanıtmağa,cəmiyyətdə qadına yer ayırmağa çalışırdı. Və o bunu bacardı.Bəs bu dövrün qadınları o fədakarlıqla əldə edilən bu günün dəyərini anlayırmı?
Azərbaycan Bakıdan və bir neçə böyük şəhərlərdən ibarət deyil. Bunun kəndi var, qəsəbəsi var, şəraitsiz, kasıb evlərdə 4-5 uşaq böyüdərkən qadınlığını unudanı var, döyüləni, söyüləni var. 8 Mart hansı qadınların günüdür? Bahalı şubalarla hər gün bahalı hədiyyələrlə gününü keçirən qadınlarınmı yoxsa kənd və qəsəbələrdə, şiddətə məruz qalan Klara Zetkinin dövründə qalmışcasına haqq, hüquq sahibi olmayan qadınlarınmı ? Hələ də belə istisnalar mövcud olan bir cəmiyyətdə kimin "bayramını” qeyd edirik? Gender bərabərliyindən dəm vuran xalqın yüzlərcə qadını adət-ənənə qurbanıdır. Hələ də bu ölkədə gəlinlər sevinərək yox (məcburi), ağlayaraq gedirlər ər evinə.
8 Mart sevib sevilərək evlənən yox, gözüyaşlı qadınların günüdür, 8 Mart holdinglərdə müdirə xanımların yox, təmizlikçi qadınların günüdür. 8 mart bədəni şiddətdən göyərmiş qadınların günüdür.8 mart mədəni,mənəvi,sosyal-iqtisadi,hüquqi baxımdan bütün dünya qadınlarının həmrəylik günüdür.


Turan İsayeva


Вернуться назад