Bakıda xəstə sərxoş vəziyyətdə müalicə aldığı xəstəxanada intihar etmək istəyib.
"Report”un xəbərinə
görə, hadisə Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən T.Quliyev adına xəstəxanada
qeydə alınıb.
Zaqatala rayon sakini 1973-cü il təvəllüdlü B.M. sərxoş vəziyyətdə xəstəxananın
dördüncü mərtəbəsindən intihar məqsədi ilə özünü atmaq istəyib. Polis əməkdaşları
onu fikrindən daşındıraraq intiharın qarşısını alıb.