Главная > Hadisə > Bakıdakı xəstəxanada xəstə intihara cəhd edib

Bakıdakı xəstəxanada xəstə intihara cəhd edib


15-02-2017, 20:34.

Bakıda xəstə sərxoş vəziyyətdə müalicə aldığı xəstəxanada intihar etmək istəyib.

"Report”un xəbərinə görə, hadisə Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən T.Quliyev adına xəstəxanada qeydə alınıb.
Zaqatala rayon sakini 1973-cü il təvəllüdlü B.M. sərxoş vəziyyətdə xəstəxananın dördüncü mərtəbəsindən intihar məqsədi ilə özünü atmaq istəyib. Polis əməkdaşları onu fikrindən daşındıraraq intiharın qarşısını alıb.

 


Вернуться назад