ABŞ prezidenti Donald Tramp bəyan edib ki, sələfi Barak Obama kimi İrana münasibətdə "xeyirxah” olmayacaq.
Avropa.info xəbər verir ki, Tramp ABŞ-ın İrana qarşı yeni sanksiyalar qəbul etməklə təhdid edib.
"İran odla oynayır. Onlar prezident Obamanın necə "xeyirxah” olmasını qiymətləndirmirlər. Ancaq mən belə deyiləm” – o, "Twitter” səhifəsində belə yazıb.
Xatırladaq ki, İran müdafiə naziri Hüseyn Dehqa ballistik raket sınaqları keçirdiklərini təsdiq etdikdən sonra, Vaşinqton Tehrana rəsmi xəbərdarlıq edib.