Главная > Aktual > “İran odla oynayır, ancaq mən Obama kimi xeyirxah olmayacam” – Tramp Tehranı hədələdi

“İran odla oynayır, ancaq mən Obama kimi xeyirxah olmayacam” – Tramp Tehranı hədələdi


3-02-2017, 19:36.

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, sələfi Barak Obama kimi İrana münasibətdə "xeyirxah” olmayacaq.

 

Avropa.info xəbər verir ki, Tramp ABŞ-ın İrana qarşı yeni sanksiyalar qəbul etməklə təhdid edib.

 

"İran odla oynayır. Onlar prezident Obamanın necə "xeyirxah” olmasını qiymətləndirmirlər. Ancaq mən belə deyiləm” – o, "Twitter” səhifəsində belə yazıb.

 

Xatırladaq ki, İran müdafiə naziri Hüseyn Dehqa ballistik raket sınaqları keçirdiklərini təsdiq etdikdən sonra, Vaşinqton Tehrana rəsmi xəbərdarlıq edib.

 


Вернуться назад