Ölkədə bütün qəbul imtahanlarının pullu olacağı barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin açıqlaması yeni müzakirə və tənqid obyektinə çevrilib. İstər ekspertlər, istərsə də sıravi vətəndaşlar bunu təhsil almaq hüququnun pozulması, təhsil almaq üçün mövcud imkanların məhdudlaşdırılması kimi qiymətləndirir.

 
Politika.Az bildirir ki, M.Abbaszadənin bu açıqamasına münasibət birmənalı deyil. Belə ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin gələcəkdə qəbul imtahanlarının ödənişli əsaslarla aparıla bilməsinin mümkünlüyü ilə bağlı verdiyi müsahibəyə münasibət bildirən təhsil naziri Mikayıl Cabbarov deyib ki, bu məsələ müzakirə olunmalıdır: "Burada bir neçə məsələ var. Birincisi bundan ibarətdir ki, Dövlət İmtahan Mərkəzi müstəqil və yeni yaradılan qurum, publik hüquqi şəxsdir. Təbii ki, onun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri imkanlar olmalıdır. Eyni zamanda, həmin mərkəzin göstərdiyi xidmətlərin hər hansı bir şəkildə maliyyələşdirilməsi məsələsi qoyulur” deyən nazirin sözlərinə görə, lakin burada başqa bir məsələ də var. "Təhsil alanlar üçün xidmətlərin sifarişçisi kimi dövlət çıxış edir. Həmin xidmətlərin ödənişi kim tərəfindən həyata keçirilməlidir? Dövlət büdcəsindən, yoxsa başqa mənbələrdən?” Nazir bildirib ki, Təhsil Nazirliyinə bu barədə müraciət olduqdan sonra rəsmi mövqelərini bildirəcəklər. Onun fikrincə, Dövlət İmtahan Mərkəzinin fəaliyyətinin təmin edilməsi üçün zəruri imkanlar olmalıdır: "Lakin bunun hansı dərəcədə, buraxılış imtahanlarından sonra qəbul imtahanları verən abituriyentlər hesabına olub-olunmaması sual doğurur. Çünki bu, təhsilə çıxış və əlçatanlılıq məsələsidir. Hesab edirəm ki, burada müvafiq qurumun buna dair müraciəti olduğu təqdirdə hökumətin qərarı olacaq. Lakin indi buna müzakirəsi başa çatıb qərar verilən məsələ kimi baxmamalıyıq. Əminəm ki, bu məsələnin həllini həmkarım Məleykə Abbaszadə və digərləri ilə işləyərək birgə tapacağıq”.
 
Ali məktəblərə qəbul imtahanları dövlətin təhsil siyasətinə daxil olduğundan və konstitusiya üzrə hər bir vətəndaşın təhsil hüququndan istifadə etmək imkanları ona verildiyindən, hər bir orta məktəbin məzunu ali məktəblərə qəbul imtahanlarında iştirak edə bilər. Və bu iştirak pulsuz olmalıdır. Çünki bu, dövlət siyasətidir. Burada iştirak edən adam öz arzusu ilə özünə xidmət kimi yox, ölkə üçün kadr olaraq yetişib işləmək üçün iştirak edir, vətəninə xidmət edir. Onda belə çıxır ki, əsgərliyə getmək üçün pul ödəmək lazımdır? Bu, əsgərlik kimi bir şeydir. O əsgər cəbhədədir, bu əsgər ali məktəbdədir və Vətənin müdafiəsi üçün mülki mövqedə çalışır, bu səbəbdən də qəbul imtahanlarının pullu olmasını siyasi, mənəvi, hətta iqtisadi cəhətdən düzgün saymır.
 
Qəbul imtahanları vermək üçün gələnlərdən iş nömrəsinə görə alınan iki manatdan başqa pul umulmasıı absurddur. Bu, yüz minlərlə adama müraciətdir. Ölkədə də hamının maddi vəziyyəti yaxşı deyil axı. Adamlar var ki, imtahan vermək üçün rayon mərkəzinə gəlmək üçün yol pulunu güclə tapır. Bu adam 10-25 manatı hardan tapıb verməlidir? Ola bilər bu dəyişikliklə bağlı desinlər ki, hansısa ölkədə qəbul imtahanları pulludur. Amma Azərbaycanın öz qanunları, öz etik normaları, özünün imkanları və demokratik konstitusiyası var. Başqa ölkədə şərait başqa cürdür, özünə uyğun. Bunun üçün də qəbul imtahanlarının pullu olmasını məqsədəuyğun hesab etmirəm. Bu, ictimaiyyətin narazılığına gətirib çıxara bilər. Narazılıq da bizim üçün sərfəli deyil. Qəbul imtahanlarının pullu olması ali təhsil alanların sayının azalmasına səbəb olacaq. Başqa sözlə, bu proses kasıb təbəqənin övladlarının üzünə ali təhsilin bağlanması demək olacaq.

 

Uluyol.info

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300