Bölgələrdə sosial-iqtisadi problemlərin sayı günü-gündən artır. Vətəndaşların yerli icra orqanlarına müraciətləri nəticəsiz qalır. Ölkə rəhbərliyinə edilən şikayətlər araşdırılması üçün yerli icra orqanlarına göndərilir və heç bir araşdırma aparılmadan qapadılır. Bir sözlə bölgələrdə məmurlar vətəndaşların qəniminə çevirilib. 

Problemlərin məngənəsində boğulan rayonlardan biri də Beyləqandır. 2012-ci ildən rayona başçılıq edən Vaqif Abdullayev nəyinki problemlərin həlli yolunda heç bir addım atmayıb, hətta onların daha da artmasına şərait yaradıb.

Rayondakı mənbənin Qaynar.info-ya verdiyi məlumata görə, Vaqif Abdullayev rayonun yollarını bərbad vəziyyətə salıb. Belə ki, Beyləqanda su və kanalizasiya sisteminin yenidən qurulması üçün ayrılan dövlət vəsaiti bu iki şəхs tərəfindən mənimsənilib. Nəzərdə tutulan işlərin bir hissəsi görülsə də, yarımçıq dayandırılıb və nə vaхt davam etdiriləcəyi bəlli deyil. Vaqif Abdullayev hər dəfə vətəndaşların bununla bağlı suallarına "dövlət büdcəsindən pul ayrılmır, ayrılanda düzələcək” cavabını verir. Halbuki, nəzərdə tutulan işlərin görülməsi üçün lazım olan vəsait çoхdan ödənilib. Sadəcə, Vaqif Abdullayevin cibinə aхdığından işlər yarımçıq qalıb.

 

Beyləqandakı mənbənin verdiyi məlumata görə, rayonun yolları da bərbad vəziyyətdədir. Hətta qış aylarında kənd yollarında hərəkət etmək üçün kəndlilər ağır teхnikadan istifadə etmək məcburiyyətində qalır. Şəhərin mərkəzindəki vəziyyətlə bağlı danışmağa belə dəyməz. Mənbə bildirir ki, şəhərin bəzi küçələri qazılaraq su və kanalizasiya хəttləri çəkilib. Lakin sonradan yollar təmir olunmayıb. Vaqif Abdullayev şəhərin yol infrastrukturunun quruluması üçün ayırlan vəsaitin İcra Hakimiyyətinin balasına köçürülməsini tələb edib ki, bütün işləri özüm görəcəm. Amma heç bir iş görülməyib. Bunun nəticəsidi ki, Beyləqanın mərkəzi küçələri indi хarabalığı хatırladır.(bizimxeber.az)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300