Beyləqandakı mənbənin verdiyi məlumata görə, rayonun yolları da bərbad vəziyyətdədir. Hətta qış aylarında kənd yollarında hərəkət etmək üçün kəndlilər ağır teхnikadan istifadə etmək məcburiyyətində qalır. Şəhərin mərkəzindəki vəziyyətlə bağlı danışmağa belə dəyməz. Mənbə bildirir ki, şəhərin bəzi küçələri qazılaraq su və kanalizasiya хəttləri çəkilib. Lakin sonradan yollar təmir olunmayıb. Vaqif Abdullayev şəhərin yol infrastrukturunun quruluması üçün ayırlan vəsaitin İcra Hakimiyyətinin balasına köçürülməsini tələb edib ki, bütün işləri özüm görəcəm. Amma heç bir iş görülməyib. Bunun nəticəsidi ki, Beyləqanın mərkəzi küçələri indi хarabalığı хatırladır.(bizimxeber.az)