Bir müddət əvvəl ölkə mətbuatı Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarova məxsus villanın sökülməsi ilə bağlı məlumat yaydı. Qısa xatırlatma üçün bildirək ki, yayılan xəbərdə Bilgəhdəki 4 mərtəbəli villanın dəyərinin 15 milyon dollar olduğu və dizaynın İtaliyalı memarlar tərəfindən verildiyi qeyd olunurdu.

Mötəbər mənbədən NUH İnformasiya Agentliyinə  daxil olan məlumata görə, əslində sökülən villa Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarova deyil, fövqəladə hallar naziri cənab Kəmaləddin Heydərova məxsusdur.

Sadəcə, Prezidentin qəzəbindən yayınmaq və FHN şefinin nüfuzunu qorumaq üçün sökülən villanın guya Agentlik rəhbərinə məxsus olması söhbəti ortaya atılıb. Daxil olan məlumatdan o da bəlli olur ki, əslində Cəbrayıl Xanlarova məxsus villa Xızının Qızıl Qazan kəndındə, Prezıdentin iqamətgahı ilə qonşuluqda yerləşir.

Qarşı tərəflərin mövqeyini dərc etməyə hazırıq.(nuh.az)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300