Mötəbər mənbədən NUH İnformasiya Agentliyinə daxil olan məlumata görə, əslində sökülən villa Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarova deyil, fövqəladə hallar naziri cənab Kəmaləddin Heydərova məxsusdur.
Sadəcə, Prezidentin qəzəbindən yayınmaq və FHN şefinin nüfuzunu qorumaq üçün sökülən villanın guya Agentlik rəhbərinə məxsus olması söhbəti ortaya atılıb. Daxil olan məlumatdan o da bəlli olur ki, əslində Cəbrayıl Xanlarova məxsus villa Xızının Qızıl Qazan kəndındə, Prezıdentin iqamətgahı ilə qonşuluqda yerləşir.
Qarşı tərəflərin mövqeyini dərc etməyə hazırıq.(nuh.az)