Həbsdə olan jurnalisti Maştağaya göndərmək istəyirlər (!?)

Dostlar, bəlkə də bu məlumata bir çoxunuz inanmayacaqsınız. Həbsdə olan jurnalist, jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu ilə bağlı irəli sürülmüş ittihamı sübut edə bilməyən və gündən- günə ifşa olunduğunu görən ittiham tərəfi vəziyyətdən çox maraqlı "çıxış yolu” tapıb. Əldə etdiyimiz məlumata görə jurnalistin istintaqını aparan şəxslər ona təklif ediblər ki, səni Penitensiar Xidmətin Müalicə Müəssisəsinə göndərək və səndə psixoloji problemlərin olduğuna dair Maştağadan həkim rəyi alaq (!?). Daha sonra işi məhkəməyə göndərib sənin xəstə olmağını əsas gətirib işi yekunlaşdıraq. İlk baxışda kimsə deyə bilər ki, burda qeyri- adi nə var ki, hansı yolla edirlərsə etsinlər təki Fikrət Fərəməzoğlu azadlığa çıxsın. Məsələnin incə və qəliz tərəfi odur ki, razılıq verib susacağı təqdirdə jurnalist "dəli” elan edilir və ictimaiyyətə təqdim olunur ki, bu adam həm ağıldan seyrəkdir, həm də əqli çatışmazlığını özü də qəbul edir. Onun yazdıqları da həqiqətdən uzaq əqli çatışmazlığı olan adamın sərsəmləmələridir. Əldə etdiyimiz məlumata görə Fikrət Fərəməzoğlu təklifi qəbul etməyib. İstintaqın obyektiv aparılmasını və ədalətli məhkəmə ilə bəraət almaq istədiyini bildirib.
Dostlar, görürsünüzmü biz necə ölkədə yaşayırıq? Sap- sağlam və günahsız insanı şərləyib həbs edirlər, işgəncə verirlər. İrəli sürdükləri qondarma və əsassız ittihamları sübut edə bilməyəndə, görəndəki ittihamları ağ yalandır, ifşa olunur, yerimir təklif edirlər ki, gəl səni "dəli” edək. Özü də ki, bütün bunlar ölkənin tanınmış jurnalistlərindən birinə qarşı həyata keçirilir. Bunlar sağlam adamı xəstə, normal adamı dəli edəcək qədər qəddar və gerizəkalıdırlar.

Oktay Gülalıyev

Hüquq müdafiəçisi

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300