Главная > Ümumi > Fikrət Fəraməzoğlunu “dəli” etmək istəyirlər
Fikrət Fəraməzoğlunu “dəli” etmək istəyirlər30-09-2016, 22:20. |
Həbsdə olan jurnalisti Maştağaya göndərmək istəyirlər (!?) Dostlar, bəlkə də bu məlumata bir çoxunuz inanmayacaqsınız. Həbsdə olan jurnalist, jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu ilə bağlı irəli sürülmüş ittihamı sübut edə bilməyən və gündən- günə ifşa olunduğunu görən ittiham tərəfi vəziyyətdən çox maraqlı "çıxış yolu” tapıb. Əldə etdiyimiz məlumata görə jurnalistin istintaqını aparan şəxslər ona təklif ediblər ki, səni Penitensiar Xidmətin Müalicə Müəssisəsinə göndərək və səndə psixoloji problemlərin olduğuna dair Maştağadan həkim rəyi alaq (!?). Daha sonra işi məhkəməyə göndərib sənin xəstə olmağını əsas gətirib işi yekunlaşdıraq. İlk baxışda kimsə deyə bilər ki, burda qeyri- adi nə var ki, hansı yolla edirlərsə etsinlər təki Fikrət Fərəməzoğlu azadlığa çıxsın. Məsələnin incə və qəliz tərəfi odur ki, razılıq verib susacağı təqdirdə jurnalist "dəli” elan edilir və ictimaiyyətə təqdim olunur ki, bu adam həm ağıldan seyrəkdir, həm də əqli çatışmazlığını özü də qəbul edir. Onun yazdıqları da həqiqətdən uzaq əqli çatışmazlığı olan adamın sərsəmləmələridir. Əldə etdiyimiz məlumata görə Fikrət Fərəməzoğlu təklifi qəbul etməyib. İstintaqın obyektiv aparılmasını və ədalətli məhkəmə ilə bəraət almaq istədiyini bildirib. Oktay Gülalıyev Hüquq müdafiəçisi Вернуться назад |