Türkiyə Silahlı Qüvvələrinə məxsus qırıcılar "Fərat qalxanı” əməliyyatları çərçivəsində 4 ardıcıl hava əməliyyatı həyata keçirərək 5 İŞİD terrorçusunu öldürüb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahı məlumat yayıb.
Həmçinin terrorçulara məxsus 26 hədəfə 72 "Fırtına" mərmisinin atıldığı bildirilib.
Əməliyyatlar zamanı Azad Suriya Ordusunun 5 döyüşçüsü həlak olub.