Главная > GÜNDƏM > Türkiyə İŞİD-i "Fırtına" topları ilə vurdu

Türkiyə İŞİD-i "Fırtına" topları ilə vurdu


16-09-2016, 23:14.
Türkiyə Silahlı Qüvvələrinə məxsus qırıcılar "Fərat qalxanı” əməliyyatları çərçivəsində 4 ardıcıl hava əməliyyatı həyata keçirərək 5 İŞİD terrorçusunu öldürüb.
 
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahı məlumat yayıb.
 
Həmçinin terrorçulara məxsus 26 hədəfə 72 "Fırtına" mərmisinin atıldığı bildirilib.
 
Əməliyyatlar zamanı Azad Suriya Ordusunun 5 döyüşçüsü həlak olub.

Вернуться назад