Ucar sakini xəstəxanada ölüb.
 
APA-nın məlumatına görə, hadisə bu gün Ucar Mərkəzi Rayon Xəstəxanasında qeydə alınıb.
 
Rayonun Qazyan kənd sakini, 1992-ci il təvəllüdlü Rəhim Polad oğlu Ələkbərov xəstəxanada dünyasını dəyişib. Yaxınlarının sözlərinə görə, sağlam vəziyyətdə xəstəxananın təcili tibbi yardım stansiyasına daxil olan R.Ələkbərov həkimin səhlənkarlığı nəticəsində dünyasını dəyişib. 
 
Təcili tibbi yardım stansiyasının həkimi Ramil Tağızadə gecə saat 03:00 radələrində Ələkbərovun xəstəxanaya daxil olduğunu, ona lazımı tibbi yardın göstərildiyini və xəstəliyin ciddi olması barədə yaxınlarına məlumat verildiyini bildirib. Həkimin sözlərinə görə, Ələkbərovun yaxınları xəstəliyin ciddi olmadığını düşünərək onu evə aparıblar. Səhər saat 09:30 radələrində mərhum yenidən xəstəxanaya gətirilib. Ona ilkin yardım göstərilib, analizlər götürülüb. Analizlərin nəticəsinə görə, onun ağ ciyər vərəmi olduğu ehtimal olunduğundan, vəziyyətin ciddiliyi nəzərə alınaraq, o, reanimasiya şöbəsinə köçürülüb. Həkimlərin səyinə baxmayaraq, R.Ələkbərov orada dünyasını dəyişib.
 
Faktla bağlı araşdırma aparılır.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300